Uilyam Hikki
Aktyor
Uilyam Hikki 19 sentyabr 1927-ci ildə Nyu-Yorkda (ABŞ) irlandiyalı Nora və Edvard Hikkinin ailəsində anadan olub. Uilyamdan başqa ailədə böyük bacısı Doroti Finndə böyüyüb. 1948-ci ildə teatrda ilk debütunu edib və Brodvey tamaşası İrvin Şounun pyesində rol alıb. Doqquz il sonra Uilyam Hikki teleserialda ilk rolunu oynayıb. Elə həmin ildə kinoda ilk debütunu edir. Ona ən çox şöhrət qazandıran isə 1985-ci ildə çıxan “Pritsi ailəsinin şərəfi” filmindəki rolu olub. Bu rol ona “Oskar” mükafatına namizədlik qazandırıb. “Oskar” mükafatından sonra Uilyamın karyerasının yüksəliş dövrü başlayır. Uilyam Hikki 29 iyun 1997-ci ildə Nyu-Yorkda dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BA%D0%BA%D0%B8,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC