Aleks Nort

Aleks Nort

Bəstəkar

BİOQRAFİYA

Aleks Nort 4 dekabr 1910-cu ildə Çester şəhərində (Pensilvaniya ştatı, ABŞ) Rusiyadan köçmüş yəhudilər Cessi və Bayli Soyferin ailəsində anadan olub. Erkən yaşlarında, uğursuz appendisit əməliyyatı nəticəsində atasını itirir. Anası dörd oğullu ailəni təmin etmək üçün kiçik mağaza işlədirdi və bütün səylərini uşaqlara musiqi təhsili verməyə həsr edirdi. Pianinoda ilk dərsləri ona qardaşı Cozef keçib. 12 yaşında isə yerli musiqi məktəbində oxuyub, daha sonra isə Settlement Music School məktəbində təhsilini davam etdirib. 1929-cu ildə Aleks Nyu-Yorka köçür və ən yaxşı konservatoriyalardan biri sayılan Frenk Damroşdan imtahandan keçir və təqaüd alır. Aleks həmin konservatoriyada 3 il təhsil alıb və musiqi nəzəriyyəsindən yüksək qiymətlər alıb. 1932-ci ildə o Marti Qremin qrupunda oynayan rəqqasə Anna Sokolova ilə tanış olur. Onları bir çox ortaq cəhətlər birləşdirirdi: rus və Avropa kökləri, musiqiyə sevgi. Aleks Nord 8 sentyabr 1991-ci ildə Los-Ancelesdə dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%BE%D1%80%D1%82,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç