Con Hyuston
Rejissor
Con Hyuston 5 avqust 1906-cı ildə Nevadada (Missuru ştatı, ABŞ) aktyor Uolter Hyustonun ailəsində anadan olub. 14 yaşındaykən boksçu olmaq üçün məktəbi atıb. Sonrakı illərdə Kaliforniyadakı yüngül çəkililər arasındakı həvəskar boks çempionatında qalib gəlib. Səhnədə ilk debütu 18 yaşında olur, ancaq bu tərz həyat xoşuna gəlmədiyi üçün Meksikaya gedir və burada süvaridə zabit kimi xidmət göstərir və at yetişdirməklə məşğul olur. 1930-cu ildə Hollivudun yolunu tutur və atası kimi ssenarist olmaq qərarına gəlir. 25 sentybar 1933-cü ildə Hyuston gecəyarı maşınla bir qadını vurur və qadın həyatını itirir. Metro-Goldwyn-Mayer studiyasının müdiri Louis B. Mayer cinayət işini sürətləndirmək və işi bağlamaq üçün təxminən 400.000 dollar rüşvət ödəyir. Bu hadisədən sonra Hyuston Avropaya getmək məcburiyyətində qalır və Londonda küçə musiqiçiliyi ilə pul qazanmağa başlayır. Gecələr isə Parisdə rəssamlığı öyrənirdi. 1938-ci ildə Hyuston yenidən şansını Hollivudda sınamaq istəyir və bu dəfə uğurlu olur. Bir sıra klassik filmlər üçün ssenarilər yazır. İki ildə üç dəfə ssenarist olaraq “Oskar”a namizəd olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8C%D1%8E%D1%81%D1%82%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD