Veniamin Smexov
Aktyor
Veniamin Borisoviç Smexov - sovet və rusiyalı teatr və kino aktyorudur, teletamaşa və sənədli filmlər rejissorudur. 2000-ci ildə “Petropol” bədii mükafatının laureatı olub. 2009-cu ildə Sarskoselsk bədii mükafatına layiq görülüb. 70-illik yubileyi münasibəti ilə ona təklif olunan Rusiya Federasiyası Xalq Artisti adından imtina edib. Veniamin Smexovun uşaqlığı Moskvanın Meşan küçəsində keçib. İlk dəfə atasını 1945-ci ildə, Böyük Vətən Müharibəsi başa çatandan sonra görüb. 1947-1957-ci illərdə 235 saylı məktəbdə oxuyub. Moskvanın Dzerjinsi rayonunun Pioner sarayında dram dərnəyinə gedib. 1957-ci ildə B.V.Şukin adına Teatr məktəbinə qəbul olunub. Həmin məktəbdə oxumağı Veniaminə əmisi Lev Smexov tövsiyə edib. 1958-ci ildə məktəbdən xaric edilərək, azad dinləyəcii qimsində sınaq müddətinə 2-ci kursa keçirilib. 1959-cu ildə yenidən tələbə sıralarına qoşulub. Diplom tamaşaları Molyerin “Meşan zadəgan”, Ostrovskinin “İsti ürək” pyesi olub. 1961-ci ildə teatr məktəbini bitirib və bölgü əsasında Kuybış dram teatrına təyinat alıb. Orada düz bir il çalışıb. Moskvaya geri qayıtdıqdan sonra 1962-ci ilin noyabr ayında Moskva Dram və komediya teatrının truppasına qoşulub. 1964-cü ilin yanvar ayında teatrın baş rejissoru Yuriy Lyubimov təyin olunub və yenidən qurulan teatr “Taqanaka teatrı” adını alıb. 1985-1987-ci illərdə “Sovremennik” teatrında çalışıb. 1987-1998-ci illərdə yenidən “Taqanka” səhnəsində qoyulan tamaşalarda iştirak edib. 1968-ci ildən kinoya çəkilib. “Dartanyan və üç muşketyor” filmində Atos rolunu oynaması ilə məşhurlaşıb. Saqanın bütün filmlərində eyni rolu ifa edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BC%D0%B5%D1%85%D0%BE%D0%B2,_%D0%92%D0%B5%D0%BD%D0%B8%D0%B0%D0%BC%D0%B8%D0%BD_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87