Yevgeniy Papernıy

Yevgeniy Papernıy

Aktyor

BİOQRAFİYA

Yevgeniy Vasilyeviç Papernıy (ukr. Євген Васильович Паперний) – sovet və ukraynalı aktyordur. 3 sentyabr 1950-ci ildə Sverdlovsk vilayətinin Nijnaya Tura şəhərində anadan olub. 1972-ci ildə Şukin adına peşə məktəbini bitirib. Məzun olduqdan sonra bölgü əsasında Ukraynaya təyinat alıb və o vaxtdan elə orada yaşayır. Kiyevin Lesi Ukrayna adına Rus dram teatrının aktyoru olub. Müxtəlif janrlarda olan çoxsaylı pyeslərdə iştirak edib. Yevgeniy Papernıy kinofilmlərə də çəkilib. Sovet dövründə yerli və xarici filmlərin, o cümlədən cizgi filmlərinin dublyajında aktiv iştirak edib. 1987-1991-ci illərdə aktrisa Olqa Sumskaya ilə evli olub, bu nikahdan Antonina Papernaya adlı 1990-cı il təvəllüdlü qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BF%D0%B5%D1%80%D0%BD%D1%8B%D0%B9,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç