Turqay Tanülkü

Turqay Tanülkü

Aktyor

BİOQRAFİYA
Turqay Tanülkü - türkiyəli kino, televiziya və teatr aktyorudur. 1953-cü ildə Türkiyənin Uşak şəhərində anadan olub. 1976-cı ildə Ankara Dövlət Konservatoriyasının teatr bölməsini bitirib. 1970-1971-ci illərdə Leninqradın (indiki Sankt Peterburq) Teatr Akademiyasının dram kurslarında iştirak edib, psixologiya üzrə məzun olub. Türkiyənin səkkiz bölgəsində cəzaçəkmə müəssisələrində teatr truppaları yaradıb. 1987-1989-cu illərdə "Dokuz Eylül" Universitetinin aktyorluq bölməsində aktyor sənətindən dərs deyib. Kinoda daha çox "Eşkiya Dünyaya Hükümdar Olmaz" (2015-2019), "K.O.Z" (2015), "Cənnətin kənarında" (The Edge of Heaven, 2007), "Kurtlar Vadisi" (2003-2004) film və seriallarında oynadığ rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən, 2019-cu ilə qədər 70 filmin və serialın çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1699148/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç