Neslihan Atagül
Aktrisa
Neslihan Atagül 20 avqust 1992-ci ildə İstanbulda doğulub. Anası belarus, atası çərkəz mənşəlidir. 13 yaşında Sevinc Erberkin sahibi olduğu "Erberk Ajans"ın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydiyatdan keçib. Bir ay sonra da bir reklam çarxında çəkilib. Yeditepe Universitetində teatr bölümündə təhsil alıb. 2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atıb. 2006-cı ildə ilk tammetrajlı filmi "İlk eşq"də Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə rol alıb. Bu filmdəki rolu ilə "Qızıl Koza" Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını alıb. 18 noyabr 2011-ci ildə ATV-də yayımlanan, Mahsun Kırmızıgülün ssenaristliyini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adlı serialda Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla birlikdə çəkilib. 2012-ci ildə Yeşim Ustaoğlunun rejissoru olduğu, baş rollarında Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi "Araf" filmində də öz qabiliyyətini göstərib. 2015-2017-ci illərdə yayımlanan "Kara Sevda" serialındakı Nihan Sezin obrazı ona böyük şöhrət gətirib.
Neslihan Atagül 2013-cü ildə “Fatih Harbiye” serialında tərəf müqabili olduğu Kadır Doğulu ilə görüşməyə başlayır. 26 noyabr 2015-ci ildə cütlük nişanlanır. 8 iyul 2016-cı ildə toyları olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Neslihan_Atag%C3%BCl