Yeşim Ustaoğlu

Yeşim Ustaoğlu

Rejissor

BİOQRAFİYA

Yeşim Ustaoğlu 18 noyabr 1960-cı ildə Sarıkamışda (Qars) anadan olub. Atasının işlə bağlı təyinatına görə 2 yaşındaykən ailəsi ilə birlikdə Trabzona köçüblər, uşaqlıq illəri burada keçib. Qaradəniz Texniki Universiteti memarlıq fakültəsinin məzunu olub. Film karyerasına qısa filmləri ilə başlayan Yeşim Ustaoğlu ilk debütunu 1994-cü ildə çəkdiyi "İz" filmiylə edib. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izləyib. 2006-cı ildə Selanik Film Festivalinda "Crossroad – En İyi Proje Ödülü" nü alan son filmi "Pandora’nın Kutusu" 2008-ci ildə tamamlandı. San Sebastian Beynəlxalq Film Festivalında Ən Yaxşı Film “Altın İstiridye” və Ən Yaxşı Qadın Aktrisa “Gümüş İstiridye” mükafatlarını qazanıb. Bir çox beynəlxalq festivallarda mükafatları var və bir çox ölkədə filmləri nümayiş olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Ye%C5%9Fim_Ustao%C4%9Flu

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç