Bəhruz Vüsuqi

Bəhruz Vüsuqi

Aktyor

BİOQRAFİYA

Bəhruz Vüsuqi 1938-ci ildə İranın qərbi Azərbaycan ostanının Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmayıb. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşıb. 1975-ci ildə tanınmış Cənubi Azərbaycanlı müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var. Karyerasına Samuel Xaçikyanın “Toofan dar Shahre Ma” (azərb. Şəhərimizdəki fıtına‎ ) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin “Gole gomshodeh” (azərb. İtgin çiçək‎) filmində oynayır. 1969-cu ildə çəkilən Məsud Kimyainin “Qeysar” (azərb. Sezar‎) filmindəki rolu ilə İranın ən məşhur aktyorlarından birinə çevrilir. Bu filmdən başqa Məsud Kimyainin 5 filmində də oynayır.  Vüsuqinin ona ən çox şöhrət gətirən performansı isə Əmir Nadirin “Tangsir” (1975) (azərb. Möhkəm nöqtə‎) filmindəki ədaləti axtaran kəndçi Zar Məhəmməd obrazı olur.  Eyni il “The Beehive” (azərb. Arı şanı‎) filmində Əbi obrazını canlandırır. O Əli Hətəmi ilə başqa bir filmdə - “Sooteh Delan” (ing. Desiderium) filmində də əməkdaşlıq edir. O Avropa və Amerika istehsalı filmlərdə oynayan ilk İranlı aktyorlardan biridir (Caravans azərb. Karvanlar‎) (1978) . Bundan başqa 1970-ci ildə çəkilən The İnvincible Six (azərb. Yenilməz altı‎) filmində Curd Jürgenslə, 1981-ci ildə Sphinx (azərb. Sfinks‎) filmində isə Frank Lanqella və Lesli Enn Daunla birgə oynamışdır. 2000-ci ildə San Fransisko film Festivalında İran kinemotoqrafiyasına verdiyi töhfələrə görə “Akira Kurosawa” mükafatına layiq görülür. Aktyor karyerasından başqa 2012-ci ildə İran Noor Film Festivalında rəsmi film münsifi kimi iştirak edir. Hal hazırda Fars Qabiliyyət şousunun münsiflərindən biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/B%C9%99hruz_V%C3%BCsuqi

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç