Bahman Qobadi

Bahman Qobadi

Rejissor

BİOQRAFİYA

Bahman Qobadi 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulub. Təhsil aldığı müddətdə radioda çalışıb. Daha sonra Senendec'də gənc həvəskar olaraq film rejissorları qrupuna qatılıb və onlarla qısametrajlı filmlər çəkməyə başlayıb. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxıb. 1995-1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürüb. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görülüb. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazır və rejissorluğunu edir. Çəkdiyi filmi belə şərh etmişdi: "Filmimizi diktator və faşistlərin siyasətlərinə qurban edilən bütün günahsız dünya uşaqlarına ithaf etmək istəyirəm."

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/B%C9%99hm%C9%99n_Qubadi

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç