Selen Uçer

Selen Uçer

Aktrisa

BİOQRAFİYA

Selen Uçer – türkiyəli teatr və kino aktrisasıdır. 5 may 1983-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Müxtəlif janrlarda olan filmlərdə fərqli-fərqli obrazları canlandırır. Valideynləri mühəndis və kimyaçı olub. Avstriya orta məktəbini bitirib. Boğaziçi universitetinin kimya fakültəsinin məzunudur. Təhsil aldığı vaxt paralel olaraq İstanbul Universitetinin Dövlət Konservatoriyasınının ifaçılıq bölməsində oxuyub. Bir il ərzində İstanbul Akademiyasında təqaüd alıb. Çikaqonun Ruzvelt şəhərində magistr dərəcəsi əldə edib. 2004-cü ildə vətəni Türkiyəyə geri dönüb. 2005-ci ildə onu “Anlat İstanbul” adlı populyar serialın çəkilişlərinə dəvət ediblər. Orada Rahsan rolunu oynayıb. 2009-cu ildə “Hanımın çiftliği” serialında Asuman rolunu oynayıb. Serialda eyni zamanda Özgü Namal, Caner Cindoruk, Mehmet Çevik, Ali Düşenkalkar, Hakan Boyav və başqaları rol alıb. 2017-ci ildə populyar seriallardan olan “Çuxur”da Ezgi obrazını yaradıb. 2019-cu ildə “Ləkə” adlı serialda Serpil Zengin roluna dəvət olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/1550-selen-ucher.html

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç