Serdar Orçin
Aktyor
Sərdar Orçin – türkiyəli teatr və kino aktyorudur. “Möhtəşəm əsr” tarixi teledramında Sinan Paşa rolu ilə məşhurdur. 21 yanvar 1976-cı ildə Türkiyənin Bayburt şəhərində dünyaya gəlib. Hələ Mehmet Meyazida adına məktəbdə oxuyanndan bəri teatr tamaşalarında iştirak edir. Orta təhsili başa vurduqdan sonra İstanbulun Müjdat Gezen İncəsənət Mərkəzinə daxil olub. 1999-cu ildə oranın aktyorluq kurslarını bitirdikdən sonra İstanbul Dövlət Teatrında səhnəyə çıxmağa başlayıb. Səhnədə debütünü 1996-cı ildə “Oyun” pyesində gerçəkləşdirib. Karyerası ərzində DAT Production, Yayla Sanat Merkezi, İstanbul Şəhər Teatrı kimi nüfuzlu teatrlarda qoyulan tamaşalarda səhnəyə çıxıb. 30-dan çox pyesdə iştirak edib. Kinokaryerasına isə 1999-cu ildə “Üçüncü səhifə” adlı filmdə ev sahibinin oğlu roluna çəkilməylə qədəm qoyub. Ardınca bir sıra televiziya layihələri və seriallarında o cümlədən, “Taley” (Musa roluna görə Qızıl portağal mükafatçısı olub), “Uşaqlıq sirri”, “Gümüş”, “Barda”, “Əlinin səkkiz günü”, “Behzat Ç. Ankaranın silsilə qətlləri”, “Evə gedən uzun yol” rol alıb. 2001-ci ildə “Taley” filmində oynadığı rol ona prestijli “Qızıl portağal” kinomükafatını qazandırıb. 2014-cü ildə Akıl Karı mükafatının müsabiqə proqramında münfislərdən biri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://muhtesemyuzyil.fandom.com/ru/wiki/%D0%A1%D0%B5%D1%80%D0%B4%D0%B0%D1%80_%D0%9E%D1%80%D1%87%D0%B8%D0%BD