Denni Denzonqpa

Denni Denzonqpa

Aktyor, rejissor

BİOQRAFİYA

Tsherinq Phintso Denzonqpa  daha çox Denni Denzonqpa adı ilə tanınan hindistanlı aktyor, rejissor, müğənnidir. Padma Şri ordeninin kavaleridir. Denni 25 fevral 1948-ci ildə Sikhim krallığının paytaxtı Qanqtokda buddist ailəsində anadan olub. 1964-cü ildə St.Yozef adına kolleci bitirib. Erkən yaşlarında atçılıqla məşğul olub. Kino aktyor olması ilə yanaşı həm də rəssam, yazıçı və heykəltəraşdır. Kinoda daha çox mənfi obrazları canlandırıb. İlk dəfə olaraq rejissor Rackumar Santoşi ona “Çin qapıları” filmində müsbət rol oynamağı təklif edib. 2000-ci illərin əvvəlllərində Denni “Aşoka” və “16 dekabr” kimi filmlərdə yüksək aktyor oyunu ortaya qoyub. Yaratdığı mənfi obrazlar arasında, nadürüst siyasətçini, rüşvətxor polis zabitini, satqını və s. misal göstərmək olar. Denzonqpa eyni zamanda bir sıra xarici kino layihələrdə iştirak edib. Bred Pittin baş rol oynadığı “Tibetdə yeddi il” dramında görüntülənib. 2003-cü ildə karyerasında fasilə etmək qərarına gəlib, belə ki, bundan sonra yalnız güclü rollarda, mənfi rollar olsa belə oynuyacağını qarşısına məqsəd qoyub. Ekranlara böyük qayıdışı 2010-cu ildə baş tutub. Belə ki, Ayşvariya Ray və Racnikantın iştirakı ilə tamil dilində olan “Robot” filminə çəkilib. 2015-ci ildə Akşay Kumarın baş rola çəkildiyi “Tapıb zərərsizləşdirmək” filmində kordinator Firuz Xan rolunu oynayıb. Evlidir. Bir oğlu və bir qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BD%D0%B7%D0%BE%D0%BD%D0%B3%D0%BF%D0%B0,_%D0%94%D1%8D%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç