Şilpa Şirodkar

Şilpa Şirodkar

Aktrisa

BİOQRAFİYA
Şilpa Şirodkar - hindistanlı keçmiş model və aktrisadır. 1989-2000-ci illərdə Bollivud filmlərinə çəkilib. 13 illik fasiələdən sonra 2013-cü ildə ekranlara qayıdaraq Zee TV telekanalının Ek Mutthi Aasmaan serialına çəkilib. 2016-cı ildə isə karyerasında ikinci dəfə serialın aktyor heyətinə qatılıb. Silsila Pyar Ka adlı serial Star Plus telekanalında 2016-cı ildə yayınlanmağa başlayıb. 20 noyabr 1969-cu ildə Hindistanda anadan olub. 2000-ci ildə hind əsilli Britaniyalı bankir Apariş Rancitlə ailə qurub. 1 qız övladı var. Daha çox "Tanrı şahiddir" (Khuda Gawah, 1992), "Apradhi" (1992), "Pehchaan" (1993), "Hum Hain Bemisaal" (1994) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən, karyerası ərzində (2019-cu ilə qədər) 50-dən çox film və seriala çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0794364/
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç