Vircini Leduayen

Vircini Leduayen

Aktrisa

BİOQRAFİYA

Vircini Leduayen 15 noyabr 1976-cı ildə Fransada anadan olub. Fransız aktrisadır. Əsl adı Vircini Fernandresdir. Uşaqlıq illərində reklamlarda çəkilməyə başlayıb, karyerasının sonraki illərində nənəsi aktrisa Jermen Leduayenin soyadını götürüb. Karyerasına 3 yaşında reklam filmlərinə çəkilməklə başlayıb. 13 yaşında artıq təkcə reklamlarda deyil, həmçinin filmlərdə də kiçik rollara çəkilib. Daha sonra “Mima” filminin kastinqlərinə qatılır və özünün ilk böyük rolunu əldə edir. Elə həmin il "The Kidnapper" filmində rol alır və bir il sonra klassik rejissor Marsel Karnanın son yarımçıq filminin çəkilişində iştirak edir. Növbəti rol - Eli Shurakinin "Tətil" filmindəki Samantha - 1993-cü ildə on yeddi yaşlı aktrisanın "ümid aktrisası" kateqoriyasında Sezar mükafatı üçün ilk nominasiyasını gətirib. Bu nominasiyada iki dəfə mükafatlandırılıb: 1994-cü ildə "Soyuq su" filmindəki roluna görə və 1996-cı ildə "Tənha qız" filmindəki roluna görə, ancaq heykəlcikliyini ala bilməyib. 1998-ci ildə Vircini “Janna və super oğlan” filminə görə Paris Film Festivalında Ən Yaxşı Aktrisa adına layiq görülüb. 1999-cu ildə L'Oréal kosmetika markasının siması seçilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B4%D1%83%D0%B0%D0%B9%D0%B5%D0%BD,_%D0%92%D0%B8%D1%80%D0%B6%D0%B8%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç