Fransua Ozon
Rejissor
Fransua Ozon 15 noyabr 1967-ci ildə Parisdə (Fransa) bioloq Rene Ozon və fransız dili müəlliməsi Anne-Mari Ozonun ailəsində dünyaya gəlib. Fransız rejissor, ssenarist və prodüserdir. Fransuanın Qiyo adlı qardaşı və Jüli adlı bacısı var. Fransız kinematoqrafiya məktəbini bitirdikdən sonra bir neçə qısametrajlı film çəkib. Filmləri tez-tez kəskin satira və insan seksuallığına dair sərbəst fikirləri ilə xarakterizə olunur. O beynəlxalq səviyyədə populyarlığı 2001-ci ildə çəkdiyi “8 qadın” və 2003-cü ildəki “Basseyn” filminə görə əldə edib. Jean-Paul Siveirac, Philippe Ramos və Yves Comon ilə yanaşı Ozon da fransız kinosundakı "Yeni Dalğa" nın ən əhəmiyyətli fransız rejissorlarından biri hesab olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B7%D0%BE%D0%BD,_%D0%A4%D1%80%D0%B0%D0%BD%D1%81%D1%83%D0%B0