Teylor Momsen

Teylor Momsen

Aktrisa

BİOQRAFİYA

Teylor Mişel Momsen 26 iyul 1993-cü ildə Sent-Luisdə (Missuri ştatı, ABŞ) anadan olub.  ABŞ aktrisası, rok-müğənni, fotomodeldir. "Gossip girls" filmində canlandırdığı Cenni Xamfri rolu ilə məşhurlaşıb. "The Pretty Reckless" rok-qrupunun solistidir. Karyerasına 3 yaşından «Shake N' Bake» reklamına çəkilərək başlayıb. İlk rol aldığı film The Prophet's Game olub. 2000-ci ildə How the Grinch Stole Christmas filmində Cim Keri ilə birlikdə rol alıb. 2002-ci ildə "Henzel və Qretel" filmində Qretel, "Casusların uşaqları 2"-də və "Biz əsgər idik" dramında çəkilib. Sonrakı üç ildə isə heç bir filmə çəkilməyib. 2006-cı ildən sonra isə "Panaroid park", "Şerloku xilas edərək" filmlərində rol alıb. 2008-ci ilin iyununda, 14 yaşında Momsen İMG models ilə müqavilə imzalayır və Hanna Montana roluna özünü sınayır. 2007-ci ildə Teylor "Gossip girls" filmində Cenni Xamfri rolu üçün kastinqdən keçib. 2008-ci ildən sonra vaxtının çoxunu musiqiyə sərf edir. Onun "The Pretty Reckless" adlı rok qrupu var. Bu qrupun solisti və mahnıların müəllifidir. 2009-cu ilin may ayından iyun ayına qədər bu qrupla qastrol səfərlərinə gedib. 2008-ci ildə Teylor İMG models ilə müqəvilə imzalayıb və Madonnanın "Material Girl" markasının üzü seçilib. Onun kiçik bacısı, Sloun Momsen də aktrisadır. 16 avqust 2011-ci ildə Teylor aktrisa karyerasına son verdiyini və yalnız musiqi ilə məşğul olacağını bildirmişdi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Teylor_Momsen

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç