Şarman Coşi

Şarman Coşi

Aktyor

BİOQRAFİYA

Şarman Coşi - hindistanlı kino və teatr aktyorudur. İngilis, hindi, marathi, qucarati dillərində bir çox tamaşalarda iştirak edib. Ən çox şöhrəti isə ona Bollivud filmlərində oynadığı rollar gətirib. Şarman 28 aprel 1979-cu ildə Bombeydə qucarat teatr artistlərinin ailəsində anadan olub. Atası, bacısı və kürəkəni də aktyordur. Coşinin kinoda debütü 1999-cu ildə “Xaç anası” filmində baş tutub. 2001-ci ildə ekranlara çıxan “Style” filmi onun karyerası ərzində çəkildiyi ən uğurlu filmlərdən sayılır. Filmin sikveli sayılan “Xcuse Me” də birinci filmin kommersiya uğurunu təkrarlayıb. 2006-cı ildə “Zəfəranın rəngi”  filmində  baş qəhrəmanlardan birini oynayıb. Elə həmin il onun iştirakı ilə “Şən fırıldaqçılar” komediyası ekranlara yol tapıb. Həmin rol ona “Filmfare” kinomükafatına nominasiya (komediyada ən yaxşı kişi rolu kateqoriyası) qazandırıb. 2009-cu ildə “3 idiot” komediyasında tələbə obrazını canlandırıb. Filmdə “Give me some sunshine” adlı mahnı da ifa edib. Həmin film son 4 il ərzində Bollivudda ən gəlirli filmə çevrilib 2015-ci ildə “Hate Story 3” filminin çəkilişlərində iştirak edib. Kommersiya uğuru qazanan film onun qeyri-komedik personajı canlandırdığı ilk filmi sayılır. Bir ildən sonra “Wajah Tum Ho” adlı erotik trillerdə polis rolunu oynayıb. Film kassa uğursuzluğuna düçar olub. Şarman Coşi Prerane Çopra ilə evlidir. Üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D1%88%D0%B8,_%D0%A8%D0%B0%D1%80%D0%BC%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç