Arşad Varsi

Arşad Varsi

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Arşad Varsi  hindistanlı aktyordur. 19 aprel 1968-ci ildə Mumbayda müsəlman ailəsində anadan olub. Erkən yaşlarında yetim qalıb, internat məktəbdə böyüyüb. Yeniyetməlik illərinin çox ağır keçdiyini bildirir. Dolanışıq üçün 17 yaşından kosmetika satışı ilə məşğul olmağa başlayıb. Ərşad rəqs etməyi çox sevib. Bir dəfə istedadlı yeniyetməni ƏKbər Saminin rəqs qrupu üzvlərindən biri görür və ona qrupa qoşulmağı təklif edir. Rəqqas və xoreoqraf kimi Ərşadın karyerası belə başlayıb. 1991-ci ildə Hindistan rəqs müsabiqəsinin qalibi olub, 1992-ci ildə Londonda keçirilən Ümumdünya Rəqs Çempionatında dördüncü yer tutub. Həmin vaxt onun cəmi 21 yaşı var idi. Bu uğurlarından sonra ‘Awesome’adı altında rəqs studiyası təsis edir və öz rəqs truppasını qurur. Məhz həmin vaxt gələcək həyat yoldaşı – onun yanına rəqs kurslarına gələn kollec tələbəsi Mariya Qoretti ilə tanış olur. Sonradan xanımı musiqi kanallarının birində aparıcılıq edib. Kinoya çəkilməklə bağlı ilk təklif ona Amitabh Baççanın prodakşn şirkətindən gəlib. Söhbət 1996-cı ildə ekranlara çıxan “Bizim arzular” (Tere Mere Sapne)  filmindən gedir. Filmin populyarlaşmasından sonra Varsi karyerasını Bollivudda davam etdirməyi qət edib. Ən əlamətdar rollarından biri 2003-cü ildə ekranlara çıxan “Munnabhai M.B.B.S” komediyasında oynadığı rol sayılır. Ekran əsəri “kassa bombasına” çevrilir və aktyora ilk “Zee Cine” mükafatını qazandırır (ən yaxşı komediya rolu kateqoriyasında),  həmçinin “ən yaxşı ikinci plan rolu” nominasiyasında “Filmfare” mükafatına namizəd olur. O həmçinin STAR GOLD kanalında yayımlanmış “Sabse Favourite Kaun” serialında oynadığı rolla tanınır. 2010-cu ildə ilk dəfə olaraq prodüser qismində çıxış edərək “Mən, sən və kabus” (Hum Tum Aur Ghost) filminin yaradılmasında iştirak edib. Bir müddət Bigg Boss realiti şousunun aparıcııs olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://bollywoodtime.ru/arshad-varsi-arshad-warsi/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç