Acay Devqan

Acay Devqan

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Acay Devqan – hindistanlı  aktyor, rejissor, prodüser, ssenarist, montajçıdır. “Filmfare” kinomükafatının və Hindistan Milli Kinomükafatının laureatıdır. 2016-cı ildə Padma Şri ordeni ilə təltif olunub. 2 aprel 1969-cu ildə Dehlidə dünyaya göz açıb. Atası Viru Devqan – rejissor və təhlükəli truyklar üzrə tərtibatçı olub, qardaşı Anil Devqan bollivud rejissoru və ssenaristidir. Acay erkən yaşlarından kinoindustriyaya cəlb olunub. Atasının çəkildiyi filmlərdə müntəzəm olaraq çəkiliş meydanlarında onu müşayiət edib və elə bu amil gələcəkdə peşə seçiminə təsir göstərib. 1991-ci ildə Acay onun kimi debütant olan Madhu ilə “Tikanlar və Qızılgülləri” filminə çəkilib. Filmin əvvəlində özü kaskadyor üçün belə təhlükəli sayılan truy yerinə yetirib (hərəkətdə olan iki motosikletdən yapışıb). Həmin rol ən yaxşı debüt kişi rolu nominasiyasında ona “Filmfare” mükafatını qazandırıb. 1997-ci ildə Tvinkl Khanna ilə “İtihaas” filminə çəkilib. Hərçənd film kassa uğursuzluğuna düçar olub. Elə həmin il böyük ekranlara çıxan “Ehtiras” filmində  ƏmirXan, Cuhi Çavla və Kacolla tərəf müqabili olub. Ekran əsəri kinoteatrlardan böyük gəlir qazandırıb. 1998-ci ildə Maheş Bhattanın “Qəlbin acısı” filmində oynadığ rol ona ən yaxşı kişi rolu nominasiyasında Hindistan Milli Kinomükafatını qazandırıb. Şəxsi həyatına gəlincə “Hulchul” (Ailə və Qanun) filminin çəkilişlərində Kacolla tanış olub. Onlar dörd il görüşdükdən sonra, 24 fevral 1999-cu ildə ailə qurublar 20 aprel 2003-cü ildə onların Nisə Devqan adlı qızları dünyaya gəlib. 2010-cu ildə isə Yuq Devqan adlı oğlanları doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B2%D0%B3%D0%B0%D0%BD,_%D0%90%D0%B4%D0%B6%D0%B0%D0%B9

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç