Cared Padaleki

Cared Padaleki

Aktyor

BİOQRAFİYA

Cared Tristan Padaleki 19 iyul 1982-ci ildə Texasda (ABŞ) anadan olub. Əslən polyakdır, çünki ata tərəfdən babası polyak idi. Özündən böyük qardaşı Rayan və Meqan adlı bacısı var. 12 yaşında aktyorluq dərsləri almağa başlayıb. 1999-cu ildə 17 yaşındaykən aktyorluq debütünü edib. Lakin ona əsl şöhrət gətirən "Fövqəltəbii" serialı olub. Serialda o, fövqəltəbii hadisələri araşdıran ovçu Sem Vinçesterin rolunu canlandırıb. Bundan başqa o, "Mum evi", "Gilmor qızları", "13-cü cümə" və "Ağlayan canavar" kimi filmlərdə də çəkilib. 2010-cu ildə o, aktrisa Ceneviyev Kortez ilə ailə həyatı qurub. 2012-ci ildə böyük oğlu Tomas, 2013-cü ildə kiçik oğlu Şeperd dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cared_Padaleki

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç