Emma Banton

Emma Banton

Aktrisa

BİOQRAFİYA

Emma Li Banton (ing. Emma Lee Bunton) – britaniyalı müğənni, aktrisa, nəğməkar şair və teleaparıcıdır. Daha çox “Spice Girls” pop qrupunun Beybi Spays təxəllüslü vokalistlərindən biri kimi məşhurlaşıb. 21 yanvar 1976-cı ildə London şəhərində anadan olub. 2009-cu ildə Heart FM radiostansiyasında öz radio-şousunun aparıcısı olub. 2013-cü ildə Ceymi Trikstonla birlikdə həmin radioda səhər proqramını aparıb. Emma Li Banton südçü Trevor Banton və karate məşqçisi  Paulina Bantonun ailəsində böyüyüb. Emmanın özündən kiçik Pol Ceyms adlı qardaşı var. Valideynləri 11 yaşında olanda valideynləri yollarını ayırıb. Emma Sent Tereza katolik ibtidai məktəbini bitirib. 1992-ci ildə “İst-End sakinləri” adlı sabun operasının bir seriyasında kiçik rol oynayıb. 1993-cü ildə “Xalis ingilis qətli” polis dramında görüntülənib, eyni zamanda “Kralın təqlidi” serialının bir epizoduna çəkilib. 1998-ci ildən müğənni Ceyd Consla vətəndaş nikahındadır. 2011-ci ildə cütlük nişanlanıb. Onları 2007-ci il təvəllüdlü Bo Li Con və 2011-ci il təvəllüdlü Teyt Li cons adlı övladları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BD%D1%82%D0%BE%D0%BD,_%D0%AD%D0%BC%D0%BC%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç