Prakaş Mehra
Rejissor, ssenarist, prodüser
Prakaş Mehra (13 iyul 1939 – 17 may 2009) – hindistanlı rejissor və prodüserdir. Hindistan kinematoqrafiyasının “Qızıl” rejissorlarından sayılır. Amitabh Baççanın iştirakı ilə çəkdiyi bir neçə film kinoteatrlarda blokbasterə çevrilib. Rejissor Uttar Pradeş bölgəsinin Bicnur şəhərində anadan olub. Karyerasına 1950-ci illərin sonlarında istehsalat nəzarətçisi vəzifəsində başlayıb. 1968-ci ildə “Haseena Maan Jayegi” adlı filmi çıxıb, filmdə Saşi Kapur eyni vaxtda iki rolu oynayıb. Daha çox “Zəncir” (1973), “Yetim” (1981), “Mohabbat Ke Dushman” (1988), “Zindagi Ek Juaa” (1992) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən, 21 filmin rejissoru olub, 12 filmə prodüserlik edib. Son çəkdiyi film “Bal Bramhachari” 1996-cı ildə ekranlara çıxıb. 17 may 2009-cu ildə Mumbay şəhərində pnevmoniyanın fəsadlaşması nəticəsində (bir sıra orqanları sıradan çıxıb) vəfat edib. Üç övladı var. Amit adlı oğlu 2015-ci ildə ürək tutmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Prakash_Mehra