Boris Çaykovski
Bəstəkar
Boris Aleksandroviç Çaykovski (10 sentyabr 1925, Moskva – 7 fevral 1996, Moskva) – sovet və rusiyalı bəstəkar, pianoçudur, pedaqoqdur. 1985-ci ildə SSRİ Xalq artisti adını alıb. 1969-cu ildə SSRİ dövlət mükafatı laureatı olub. 10 sentyabr 1925 Moskva şəhərində anadan olub. Atası – stastistika və iqtisadi coğrafiya üzrə mütəxəssis Aleksandr Martınoviç Çaykovski (1874-1939), anası – həkim Tatyana Vasilyevna Çaykovski (1891-1950) olub. Valideynləri ədəbiyyat və incəsənətlə maraqlanıblar, evləri musiqi sədalarından əksik olmayıb. Ziyalı ailəsində aldığı tərbiyə bəstəkarın həyatında dərin iz qoyub. Daevo ümumtəhsil məktəbini bitirib. Musiqidən ona ilk dərs verən müəllim Nikolay Leonidoviç Slavin olub. 1934-cü ildə Qnesinsk musiqi məktəbinə daxil olub. Sonra iki il Qnesink Musiqi Texnikimunda təhsil alıb. 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasına daxil olub. Oranı 1949-cu ildə fortepiano ifaçısı ixtisası üzrə bitirib. Bir müddət Ümumittifaq radiosunda redaktor işləyib. 1952-ci ildə özünü tamamilə bəstəkarlığa həsr etməyə qərar verib. Müxtəlif janrlarda çoxsaylı musiqi əsərləri yaradıb. Boris Aleksandroviç Çaykovski 7 fevral 1996-cı ildə Moskva şəhərində anadan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%B9%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87