Aleksandr Mitta
Rejissor, ssenarist, prodüser
Aleksandr Naumoviç Mitta – Sovet və Rusiya kinorejissoru, ssenarist və aktyordur. 2004-cü ildə Rusiya Federasiyası Xalq artisti adını alıb. Aleksandr Naumoviç Mitta 28 mart 1933-cü ildə Moskva şəhərində anadan olub, əsl soyadı Rabinoviçdir. Bir versiyaya görə, ana tərəfinin qohumlarından birinin soyadını özünə təxəllüs götürüb, digər versiyaya görə Moskva İnşaat İnstitutununda onunla bir kursda oxumuş qızın (şair Vasley Mittanın qızı olub) soyadını götürüb. V.V.Kuybışev adına Moskva Dövlət İnşaat İnstitutunun memarlıq-inşaat fakültəsini bitirib. Orada onun müəllimlərindən biri dahi sovet memarı K.S.Melnikov olub. Məzun olduqdan sonra yumoristik və ədəbi-bədii jurnallarda karikaturaçı işləyib. 1960-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Rejissor Marlen Xutsiyevin “Mənim iyirmi yaşım var” və “İyul yağışı” filmlərinə çəkilib. Hamburqda və Moskvanın “Aleksandr Mitta adına studiya məktəbində” dərs deyir. “Cəhənnəm və cənnət arasındakı kino” kitabının müəllifidir. Oğlu rəssam Yevgeni Mittadır. Bəstəkar Veniamin Yefimoviç Basnerin qohumudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%82%D1%82%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9D%D0%B0%D1%83%D0%BC%D0%BE%D0%B2%D0%B8%D1%87