Yelena Proklova

Yelena Proklova

Aktrisa

BİOQRAFİYA

Yelena İqoryevna Proklova – sovet  və rusiyalı aktrisadır. 1977-ci ildə Lenin komsomolu mükafatı laureatı olub. 1984-cü ildə RSFSR Əməkdar artisti adını alıb. “Vahid Rusiya” hakim partiyasının üzvüdür. 2 sentyabr 1953-cü ildə Moskvada, Lenin adına Hərbi-Siyasi Akademiyasının müəllimi  İqor Viktoroviç Proklovun ailəsində anadan olub. İmkanlı ailədə böyüyüb. Valideynlərinin dostları mədəni xadimlər, aktyorlar olub. Ulu babası və nənəsi də aktyor olub. Yaşadığları həyət evi, dövlətin alim, rəssam və artistlər üçün saldığı qəsəbədə yerləşib.  Yaxınları Yelenanın aktrisa olacağını gözləmirdilər, belə ki, o dörd yaşından idman gimnastikası ilə məşğul olub, on bir yaşında olanda idman ustası dərəcəsini alıb. Babası Viktor Proklov “Zəng çalır, açın qapını” adlı filmin ikinci rejissoru olub və eyni zamanda kastinqlərə cavabdeh olub.  Baş rola yeniyetmə bir qıza ehtiyac olub. Ailənin dostu, babasına öz nəvəsi Yelenanı filmə çəkməyi təklif edib. Proklov bundan əvvəl imtina etsə də, sonradan  nəvəsini çəkilişə özü gətirib. Ekran əsəri Yelenanın kinoda debütü olur. Ardınca “Qar kralıçası” (1966), “Keçid dövrü” (1968), “Parla, ulduzum, parla!” (1969) filmlərinə çəkilib. 1973-cü ildə Moskva Bədaye Teatrının studiya məktəbini bitirib. 1991-ci ildə Bədaye Teatrının truppasına qoşulub. 1976-cı ildə “Aktyor işinə görə prizlər” nominasiyasında Ümumittifaq kinofestivalının laureatı olub. 3 dəfə evli olub. 5 övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%BE%D0%BA%D0%BB%D0%BE%D0%B2%D0%B0,_%D0%95%D0%BB%D0%B5%D0%BD%D0%B0_%D0%98%D0%B3%D0%BE%D1%80%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç