Robert E. Şervud

Robert E. Şervud

Ssenarist

BİOQRAFİYA

Robert Emmet Şervud 4 aprel 1896-cı ildə Nyu-Roşelldə (Nyu-York ştatı, ABŞ) anadan olub.  Amerikalı dramaturq, ssenarist, yazıçı, jurnalist və tarixçidir. Varlı birja makleri Artur Mürrey Şervud və rəssam Rozina E. Şervudun ailəsində anadan olub. Milton akademiyasını bitirdikdən sonra, Harvard universitetinə daxil olub. Dörd dəfə Plutzer mükafatı laureatı olub. Birinci Dünya müharibəsi ərəfəsində Harvard universitetini yarımçıq buraxaraq, Kanada silahlı qüvvələrində xidmət edib və yaralanıb. Müharibədən sonra ABŞ-a qayıdıb və “Life”, “Vanity Fair” və “New York Herald” jurnallarında işləməyə başlayıb. 1946-cı ildə “Ömrümüzün gözəl illəri” filmi üçün ssenari yazıb və həmin film  7 “Oskar” mükafatı qazanıb. Həmçinin Şervud da Ən Yaxşı Rejissor nominasiyasında “Oskar”a layiq görülüb. Robert Emmi 14 noyabr 1955-ci ildə Nyu-Yorkda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D1%80%D0%B2%D1%83%D0%B4,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82_%D0%AD%D0%BC%D0%BC%D0%B5%D1%82

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç