Penni Marşal

Penni Marşal

Rejissor

BİOQRAFİYA

Kerol Penni Marşal 15 oktyabr 1943-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı aktrisa, rejissor və prodüserdir. Penni Marşal karyerasına reklamlarda çəilməklə başlayıb. “Laverna və Şirli” teleserialı sayəsində tanınmağa başlayıb. Bu serial aktrisaya üç “Qızıl qlobus” namizədliyi gətirib. Daha sonra prodüser və rejissor kimi uğur qazanıb. O ilk qadın rejissordur ki,  çəkdiyi film 100 mln dollar gəlir əldə edib. Rejissor kimi ən məşhur filmi “Böyük”, “Oskar” mükafatına bir neçə nominasiyada namizəd göstərilib. Marşal iki dəfə ailə həyatı qurub. Kerol Penni 17 dekabr 2018-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) vəfat edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BB%D0%BB,_%D0%9F%D0%B5%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç