Raceş Khattar

Raceş Khattar

Aktyor, ssenarist

BİOQRAFİYA

Raceş Khattar – hindistanlı aktyordur. 1966 bəzi mənbələrə görə isə 1967-ci ildə Hindistanın Mumbay şəhərində dünyaya gəlib. Erkən yaşlarından kino ilə maraqlanıb. İngilis, hindi, urdu və pəncab dillərində səlis danışmasına görə, qısa bir zamanda Raceşin ən tanınmış dublyaj artistlərindən birinə çevrilib. Tom Henks, Conni Dep, Hyu Cekman, Nikolas Keyc, Maykl Fassbender və digər Hollivud ulduzları Hindistan kinoteatrları və telekanallarında “onun diliylə danışır” (bu aktyorların  dublyajçısıdır). Teatr və kino aktrisası Nilima Əzim Khattar ilə evlidir. Yoldaşının əvvəlki nikahdan olan məşhur aktyor oğlu Şahid Kapurun atalığıdır. Əzimlə nikahdan İşan Khattar adlı oğlu var. Hindistan kinoindustriyasında 1992-ci ildə “Nagin Aur Looter” filmi ilə debüt edib. Aktyora populyarlığı 2006-cı ildə ekranlara çıxan “Don: Mafiya başçısı” filmi gətirib. 2008-ci ildə Britaniyanın “Şarpın oxu” adlı filmində Şon Bİn və Dara Omelli ilə çəkiliş meydanını bölüşüb. 2013-cü ildə təqdim olunan “Yarış 2” kriminal trillerində Anil Kapur, Saif Əli Xan, Dipika Padukon, Amişa Patel, Con Abraham, Aditya Pançoli, Bipaşa Basu və digər aktyorlarlar kamera önünə çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/rajesh_khattar/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç