Nik Palatas

Nik Palatas

Aktyor

BİOQRAFİYA

Nik Palatas – amerikalı aktyordur. “Skubi-Du 3: Sirr başlayır” (2009) və “Skubi-Du 4: Göl kabusunun lənəti” (2010) filmlərində oynadığı rolları ilə tanınır 22 yanvar 1988-ci ildə ABŞ-ın Merilend ştatının Betesda şəhərində anadan olub. Nik Palatas Oak Park orta məktəbini bitirib (Kanzas-Siti şəhəri). Məktəbdə oxuduğu illərdə “Penzans dəniz quldurları” teatr tamaşasında dəniz qulduru rolunu oynayıb. Bu tamaşadan təəsüratlanaraq, peşəkar aktyor olmağı qərara alıb. Kinoya çəkilənə qədər Kanzas-Siti teatrının tamaşalarında səhnəyə çıxıb. Sonradan Los-Ancelesə köçüb və 2007-ci ildə “Love” adlı qısametrajlı filmdə debüt edib. 2008-ci ildə “Inside Pulse Movies” studiyası ilə müqavilə bağlayaraq Skubi-Du franşizasından olan dörd filmə Şeqqi roluna çəkilib. Aktrisa Meqqi Qreysin kiçik bacısı Marisse Deniqlə ailə qurub. Nikin Filip və Kemeron adında iki qardaşı var. Kemeron da aktyordur. 2009-cu ilin oktyabr ayında Nik Palatas 911 təcili yardım xidmətinə zəng edərək Nortricdə evinin təmiri zamanı böyük barmağını mişarla kəsdiyini xəbər eliyib. Nikin anası barmağın kəsilmiş hissəsini Nortric xəstəxanasına çatdırsa da, həkimlər onu yerinə tikə bilməyiblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BB%D0%B0%D1%82%D0%B0%D1%81,_%D0%9D%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç