Tomas Kavana

Tomas Kavana

Aktyor, rejissor, prodüser, ssenarist, bəstəkar

BİOQRAFİYA

Tomas (Tom) Patrik Kavana – kanadalı aktyordur. Kavana 26 oktyabr 1963-cü ildə Kanadanın Ottava şəhərində anadan olub. İrland əsillidir, çoxuşaqlı Roma-katolik ailəsində dünyaya gəlib. Prokuror işləyən böyük qardaşı və üç bacısı var. Bacılarından biri ilahiyyat fənnindən dərs deyir. Digər bacılar – Torontoda autizm üzrə mütəxəssis və Londonda yaşayan yazıçıdır. Uşaqlığında Kavana ailəsi ilə birlikdə  Qananın Uinnebu şəhərinə köçüb. Yeniyetməlik illəri isə Kvebeq əyalətində keçib və oradada orta məktəbi bitirib. Məktəbdə fransız dilində oxuyub və “Baron” basketbol komandasında çıxış edib. Sonra təhsilini Şampleyn kollecində davam etdirib.  Kinqtson şəhərinin Kuins Universitetində təhsil aldığı müddət teatr və musiqi ilə maraqlanıb, hokkey və basketbol oynayıb.   İngilis və biologiya üzrə dərəcəsi var. Kavana 2004-cü ildə “Sports İllustrated” jurnalının fotoredaktoru Morin Qrislə ailə qurub. Cütlüyün 4 övladı var: iki oğlu və iki qızı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%B2%D0%B0%D0%BD%D0%B0,_%D0%A2%D0%BE%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç