Aleks Pettifer

Aleks Pettifer

Aktyor, model

BİOQRAFİYA

Aleks Pettifer 10 aprel 1990-cı ildə Hartfordşirdə (Böyük Britaniya) dünyaya gəlib. Anası memar, atası isə aktyordur. Valideynləri boşandıqdan sonra anası ikinci dəfə ailə həyatı qurub. Bu evlilikdən Pettiferin kiçik qardaşı dünyaya gəlib. Aleks 7 yaşındaykən Nyu-Yorkda bir oyuncaq mağazasında tanış olduğu modellik agentliyinin sahibi sayəsində GAP'da uşaq model olaraq karyerasına başlayıb. Məktəbdə oxuduğu müddətdə tamaşalarda rol alan Aleks Pettifer 2005-ci ildə profesional aktyorluq karyerasına başlayıb. “Tom Brown’s Schooldays” adlı TV filmində canlandırdığı baş rol ilə aktyorluq karyerasında məşhurlaşıb. Aktyorluq karyerasında irəliləməyə başladıqdan sonra bu sahədə təhsilini də davam etdirib və “Sylvia Young Theatre School” adlı məktəbdə aktyorluq dərsləri alıb. 2006-cı ildə 16 yaşındaykən məktəbi bitirib. “Zamana qarşı”, “Elvis & Nixon” və “Endless Love” kimi filmlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alex_Pettyfer

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç