Özlem Tekin

Özlem Tekin

Aktrisa

BİOQRAFİYA

Özlem Tekin – türk əsilli rok ifaçı və aktrisadır. 18 noyabr 1971-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Atası Talat Tekin tanınmış türkoloqdur. Dörd yaşında olanda ailəsi Türkiyəyə köçüb. Ankarada boya başa çatıb. Hacettepe Universitetinin Konservatoriyasında klassik qərb musiqisi üzrə ali təhsil alıb, klarnet ifaçısı ixtisasın yiyələnib. Peşəkar musiqi karyerasın “The Bad” rok qrupunun vokalisti kimi başlayıb. 1994-cü ildə tanınmış müğənni Hakan Pekerlə debüt solo albomunun üzərində işləməyə başlayıb. “Kime ne” adlı albom 1966-cı ilin yanvar ayında işıq üzü görüb və yerli tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə Kanal D-də “Yaz Rüzgarı” adlı öz şousunun aparıcısı olub. 2006-cı ildə Cem Yılmazla birlikdə “Hoqqabaz” kinokomediyasına çəkilib. Ekranlarda daha çox “Hoqqabaz” (2006), “İmtahan” (Sınav, 2006), “Bıçak sırtı” (2005) filmlərində iştirakına görə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 13 film və serialın çəkilişində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1284570/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç