Fadik Sevin Atasoy
Aktrisa
Fadik Sevin Atasoy – türkiyəli teatr, kino və televiziya aktrisasıdır. 1 oktyabr 1975-ci ildə Anakara şəhərində anadan olub. Dörd yaşında ilk yarım-peşəkar səhnə təcrübəsini yaşayıb, belə ki, Selçuk Teatr Festivalında “Tənəkə” adlı tamaşada rol alıb. Bu roluyla uşaq ola-ola festivalın ən yaxşı aktrisa mükafatını qazanıb. Xeyli müddət TRT-nin uşaq proqramlarının aparıcısı olub. Orta təhsili başa vurduqdan sonra İtalyan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alsa da, sonradan Bilkent Universitetinin teatr bölməsinə daxil olub. Magistr dərəcəsini də həmin universitetdə əldə edib. Türk dilindən başqa ingilis, alman, bolqar, fransız və italyan dillərində danışa bilir. Daha çox “Zeynəbin səkkiz günü” (2007), “Məhkum” (2005), “Usta” (2009), “6-cı dərəcə” (The 6th Degree, 2019) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 16 film və serialın çəkilişi və səsləndirilməsində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1816903/