Özlem Yılmaz

Özlem Yılmaz

Aktrisa

BİOQRAFİYA

Özlem Yılmaz – türkiyəli aktrisadır. 17 iyul 1986-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, teatr peşə məktəbinə daxil olub. Yeniyetmə yaşlarından öz istedadını ortaya qoyub və Müşfik Kevserin diqqətini cəlb edib. Kevser onunla aktrisa kimi püxtələşməsində müstəsna rol oynuyub. Onu əvvəl müxtəlif epizodik rollara dəvət ediblər. Sonradan Türkiyənin bir sıra seriallarının  və sabun operalarının aktyor heyətlərində yer alıb. Fəqət şöhrət ulduzu yenicə parlamağa başladığı bir vaxtda, atası rəhmətə gedib. Bundan aktrisa dərin düşkünlüyə qapılıb və televiziyadan uzun müddət ayrı düşüb. 2006-cı ildə ildə özündə güc taparaq və qətiyyət göstərərək, incəsənət məktəbinin diplomunu alıb. 2006-cı ildə seriallarda çəkildiyi rollarla yenidən populyarlıq qazanıb. 2013-cü ildə populyar Türkiyə televiziya aktyoru Ahmet Ayara ərə gedib. Əvvəl onların ailə həyatı sehrli nağıla bənzəyib, sevgi və hörmətin vəhdət təşkil etdiyi bir mühitdə gül deyib, gül eşidiblər. Cütlüyün bir övladı var. Ancaq sevginin ömrü cəmi 2 il çəkib. Onlar tezliklə yollarını ayırıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/282-ozlem-yylmaz.html 

 

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç