Volkan Keskin

Volkan Keskin

Aktyor

BİOQRAFİYA

Volkan Keskin – türkiyəli aktyordur. 16 avqust 1983-cü ildə Samsun şəhərində dünyaya gəlib. Baş komissar olan atasının müntəzəm ezamiyyətləri ilə əlaqədar, uşaqlığı İstanbul, Hatay, Elazığ, Kırşehir və Samsun kimi şəhərlərdə keçib. Samsunun 19 May Universitetinin elektronika bölməsinin məzunudur. Bundan başqa Anadolu Universitetinin menecment bölməsinə bitirib. Ardınca Haliç Universitetinin Teatr bölməsində “teatr və televiziya aktyorluğu” ixtisası üzrə ali təhsil alıb. 2005-ci ildə model kimi fəaliyyət göstərməyə başlayıb. Tələbəlik illərində həvəskarcasına teatrla maraqlanan Volkan Keskin Londonun mərkəzi model agentliyinin diqqətini çəkib və tezliklə model sıralarına qoşulub. 2007-ci ildə Star TV-də yayımlanan “Dağlar Delisi” serialında baş rola çəkilməklə televiziya debütünü gerçəkləşdirib. 2010-cu ildə “1453 Fetih”  tarixi dramında “Balaban” obrazını canlandırıb. Daha çox “Karaoğlan” tarixi dramında oynadığı Karaoğlan rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2905697/
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç