Müge Boz

Müge Boz

Aktrisa

BİOQRAFİYA

Müge Boz – türkiyəli aktrisa və modeldir. “Mühteşem Yüz Yıl. Kösem” serialında oynadığı Telli Hümaşah Sultan rolu ilə tanınır. Müge Boz 3 aprel 1984-cü ildə İstanbul şəhərində anadan olub. Uşaqlığı meqalopisdə keçib. 12 yaşında olanda atasının işiylə əlaqədar ailəsi ilə İzmirə köçüb. Müge Boz Atatürk adına orta məktəbi bitirib. Anadolu universitetinin kino və televiziya akademiyasında ali təhsil alıb. Sonradan Norveçə köçüb və orada Hoqskulen və Vold adına peşə məktəbində strateji dizayn və rəqəmsal fotoqrafiya ixtisasi üzrə təhsil alıb. Müge 11 il ərzində baletlə məşğul olub, dörd il fortepiano dərsinə gedib. Aktrisa kimi debütünü 2008-ci ildə gerçəkləşdirib, belə ki, “Melekler korusun” serialında Çiğdem rolunu oynayıb. Ardınca “Torpağın övladları”, “Leyla ilə Məcnun”, “Tənhalığa aparan yol” kimi televiziya layihələrində iştirak edib. Müge paralel olaraq “Türkcell”, “Arçelik”, Nescafe, “Maximum Kart” və başqa brendlərin reklam çarxlarına çəkilib. 2017-ci ildə “Mühteşem Yüz Yıl. Kösem” serialının son dörd seriyasına çəkilib və qısa zamanda ölkənin ən tələb olunan aktrisalarından birinə çevrilib. Basketbolçu Caner Erdenizle evlidir. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/M%C3%BCge_Boz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç