Reyçel MakAdams

Reyçel MakAdams

Aktrisa

BİOQRAFİYA

Reyçel Enn MakAdams 17 noyabr 1978-cil ildə Kanadanın Ontario əyalətinin London şəhərciyində anadan olub. Uşaq vaxtı valideynlərinin istəyi ilə konkisürmə ilə məşğul olurdu. Lakin 12 yaşında qızcığazın planlarını dəyişən ani bir hal baş verir. Təhsil zamanı MakAdams istirahətə getdiyi yay düşərgəsində həvəskar tamaşada iştirak edir. Sən demə, Reyçel anadangəlmə aktrisa imiş. Bundan sonra məktəbdə teatr dərnəyinə getməyə başlayır. Reyçel regional teatr festivalının mükafatına da layiq görülür. Beləliklə, fiqurlu konkisürmə ikinci plana keçir. Məktəbi bitirdikdən sonra Torontoda teatr sənətinin incəliklərini öyrədən York Universitetinə daxil olur və buranı 2001-ci ildə əla qiymətlərlə bitirir. Diplomunu alandan sonra Los-Ancelesdən (Kaliforniya ştatı, ABŞ) iş təklifi alır. Reyçelin yaradıcılıq bioqrafiyası “Ov tüfəngi ilə gəlinciyə olan sevgi” və “Məşhur Cet Cekson” seriallarındakı ikinci dərəcəli rollardan başlayır. Bir il sonra “Mənim adım Taninodur” filminə dəvət alır. 2004-cü ildə Mark Uotersin ”Yaramaz qızlar” filmi aktrisaya şöhrət gətirir. Karyerasında uğurlu işlərindən biri də Vudi Allenin ”Parisdə gecəyarısı” filmi olur. Məşhur rejissorun filmi böyük uğur qazanır. Sonra Venesiya kinofestivalında Reyçelin baş rolda çəkildiyi “Ehtiras” erotik trillerin premyerası baş tutur. 2015-ci ildə Reyçel “Solaxay” idman trillerində baş rollardan birini canlandırır. 2005-2007-ci illər ərzində “Yaddaş gündəliyi” filmində tanış olduğu Rayan Qoslinqlə görüşür. Lakin 2008-ci ildə bu münasibətə son qoyulur. Daha sonra az bir müddətə aktyor Coş Lukasla sevgili olur. 2010-cu ildən başlayaraq 2013-cü ilədək “Parisdə gecəyarısı” filmininin çəkilişlərində tanış olduğu Maykl Şunla münasibət qurur. Lakin romantik münasibətləri bir neçə il sonra başa çatır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rey%C3%A7el_Makadams

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç