Eduard Uspenskiy
Ssenarist
Eduard Nikolayeviç Uspenskiy (22 dekabr 1937, Yeqoryevsk, Moskva vilayəti – 14 avqust 2018, Moskva) – rusiyalı yazıçı, dramaturq, ssenarist, uşaq ədəbiyyatı yazarı və teleaparıcıdır. Timsah Gena, Çeburaşka, Şarik, pişik Matroskin, Fyodor əmi, poçtolyon Peçkin, tr-tr Mitya, Kolobok qardaşları və digər populyar cizgi filmi personajlarının yaradıcısıdır. Eduard Uspenski 22 dekabr 1937-ci ildə Moskva vilayətinin Yeqoryevski şəhərində anadan olub. Atası Nikolay Mixayloviç Uspenski (1903-1947) Kommunist partiyasının aparat əməkdaşı, anası Natalya Alekseyevna Uspenskaya (1907-1982) maşınqayırma mühəndisi olub. Moskva Aviasiya institutunda təhsil aldıqdan sonra mühəndis ixtisasına yiyələnib. Ancaq başlıca olaraq cizgi filmlərinə azdığı ssenarilərlə dolanıb. “Timsah gena və onun dostları” cizgi filmində Çeburaşka haqqında mahnılar və teatr səhnələrini yazıb-yaradıb. 2011-ci ildə mədə xərçənginə qalıb gəlib və 5 il ərzində özünü yaxşı hiss edib. Fəqət 2017-ci ildə onun bu dəfə prostatında bədxassəli şiş aşkarlanıb. Həyatının sonuncu illərini əlil arabasında hərəkət edib, Almaniyada dördüncü kimya terapiyası kursunu bitirib, vətənə geri döndükdən sonra 2018-ci il avqustun 9-da Puçkovo kəndində şəxsi evində dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%81%D0%BF%D0%B5%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87