Boris Novikov
Aktyor
Boris Kuzmiç Novikov (13 iyul 1925, Ryajsk, Ryazan quberniyası, Rusiya – 25 iyul 1997, Moskva) – sovet və rusiyalı teatr və kino aktyorudur. 1948-ci ildə Y.A.Zavadski adına studiya-məktəbini bitirib. Məzun olduqdan sonra Mossovet adına Teatrın aktyoru olub. 1963-1972-ci illərdə Satira Teatrında çalışıb. Moskva Gənc Tamaşaçılar Teatrının aktrisası Nadejda Antonovna Klimoviçlə evli olub. Bu nikahdan Sergey adlı oğlu olub. Oğlu uşaqlıqdan əlil olub. Valideynləri ömrü boya ona bütün lazımi qayğını göstəriblər. 1972-ci ildə diabetlə əlaqədar teatrda fəaliyyətini dayandırıb və yalnız kinoya çəkilməyə başlayıb. Yaradıcılıq arsenalında 150-yə yaxın film yer alır. Çəkildiyi filmlərdə fərqli-fərqli obrazlar - avara, rəssam, briqadir, avtokolon rəisi, hərbçi, “zavxoz”, yeniyetmə və sair obrazları yaradıb. Başlıca olaraq ikinci plan və ya epizodik rollara çəkilib və buna görə ona “epizodlar kralı” ləqəbi də verilib. Ən çox “Prostokvaşinli üç dost” cizgi filmində poçtalyon Peçkin personajını səsləndirməsi ilə şöhrət qazanıb. 25 iyul 1997-ci ildə 73 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Boris_Novikov