Vyaçeslav Kotyonoçkin

Vyaçeslav Kotyonoçkin

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Vyaçeslav Mixayloviç Kotyonoçkin – sovet multiplikator-rejissoru, rəssam və rəssam-multiplikatordur. “Lizyukov küçəsinin məstanı”, “Hamam”, “Səyyah qurbağa”, “Qəribə quş”, “Keçərsən əlimə!”, “Köhnə plastinka”  kimi cizgi filmlərinin quruluşçu rejissoru olub. 1987-ci ildə RSFSR xalq artisti adını alıb. 1988-ci ildə SSRİ dövlət mükafatı laureatı olub. 20 iyun 1927-ci ildə Moskva şəhərində anadan olub. Böyük Vətən müharibəsi dövründə (1942-ci ildən etibarən) artileriya xüsusi məktəbində çalışıb. Penzada tank əleyhinə artileriya məktəbinə köçürüldükdən sonra 1945-ci ildə həmin təhsil ocağını bitirib. “Səyyah qurbağa” cizgi filminin rejissorluğu ilə populyarlaşıb. Daha böyük şöhrəti isə Kotyonoçkinə “Keçərsən əlimə” cizgi serialı gətirib. Dovşan və canavarın daimi ədavəti ölkədə milyonlarla insanın sevgisini qazanıb və çoxsaylı təkliflərdən sonra hər dəfə yeni seriyaları çəkməli olub. 1988-ci ildə Kotyonoçkin SSRİ Dövlət mükafatına layiq görülüb. 1999-cu ildə “Keçərsən əlimə, Kotyonoçkin” adlı xatirələr kitabı işıq üzü görüb. Rejissor 20 noyabr 2000-ci ildə 74 yaşında Moskvada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%82%D1%91%D0%BD%D0%BE%D1%87%D0%BA%D0%B8%D0%BD,_%D0%92%D1%8F%D1%87%D0%B5%D1%81%D0%BB%D0%B0%D0%B2_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç