Sermiyan Midyat

Sermiyan Midyat

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Sermiyan Midyat – kürd əsilli Türkiyəli aktyor, rejissor və ssenaristdir. 2 dekabr 1974-cü ildə Ankarada dünyaya gəlib. 1998-ci ildə qəbul imtahanı ilə Növbət Teatr məktəbinə daxil olub, Ferhan Şensoy, Derya Baykal, Rasim Öztekin və Tuncel Kurt kimi nüfuzlu müəllimlərdən dərs alıb. 1993-1996-cı illərdə Kadıköy Xalq Tədris Mərkəzində dram təhsili alıb. 1994-cü ildə daxil olduğu İstanbul Universitetinin mühəndislik fakültəsinin kimya bölməsində üç il oxuduğdan sonra, menecment fakültəsinə keçib. Kadıköy Xalq Tədri Mərkəzində bir müddət aktyor və rejissor köməkçisi qismində fəaliyyət göstərib. Bir müddət “Oyun Atelyesi”nin aktyoru olub. Bir çox serialı və filmlərdə kiçik rollar oynayan aktyor,  “Emret Komutanım” serialındakı çıxışı ilə populyarlaşıb. 2007-ci ildə “Oyunbozan” teatr truppasını təsis edib və “9 ayın son gün” tamaşasının quruluşçu rejiissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Sermiyan_Midyat

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç