Ebru Aykaç
Aktrisa
Ebru Aykaç – türkiyəli aktrisadır. 7 fevral 1975-ci ildə Türkiyənin Manisa şəhərində anadan olub. Aktrisa İdman və bədən tərbiyəsi məktəbini bitirib, Cəlal Bayar universitetinin məzunudur. Aktyorluq karyerasına “Sirlər dünyası” serialına çəkilməklə başlayıb. 2003-cü ildə “Hürrəm Sultan” adlı tarixi mini seriala çəkilib. 2006-cı ildə Ebryu Aykaç “Dabbe” qorxu filmində Hande rolunu oynayıb. Film bütün bəşəriyyəti məhv etməyə çalışan şər qüvvədən bəhs edir. 2006-cı ildə “1001 gecə” serialında (rejissor Kudret Sabancı) Yasmin rolunu oynayıb. 2013-cü ildə “Günəşi gözləyərkən” gənclər serialında Demet rolunda çıxış edib. 2015-ci ildə “Ağ yalan” adlı çoxseriyalı melodramın aktyor heyətinə qoşulub. 2016-cı ildə “Bizans oyunları” komediyasında Kösem Sultan rolunu oynayıb. 2018-ci ildə çoxseriyalı “Əllərimi buraxma” melodramında Serap rolunu ifa edib. Süjetə görə Serap Arda, Melis və Cenkin anası olub. Çəkilişlərdə Alp Navruz, Alinaz Boz, Seray Gözler, Ertuğrul Postoğlu, Kənan Acar, Cemre Baysel kimi aktyorlar çəkilib. Ebru Aykak əvəllər Oruc Aykaçla evli olub, hazırda boşanıb. Onların Almila adında qızları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/2159-ebru-aykach.html