Onur Tuna
Aktyor
Onur Tuna – 2 iyul 1985-ci ildə Türkiyənin Çannakqala şəhərində anadan olub. Anası Salonikidə, atası onun kimi Çanaqqalada doğulub. Özündən böyük qardaşı var. Atası və qardaşı riyaziyyatçıdırlar və məktəbdə işləyirlər. Anası isə kadastr mərkəzində işləyib. Onur Bursa litseyini bitirib. Daha sonra İzmirdə Dokuz Eylül Universitetinin iqtisad fakültəsini bitirib. Paralel olaraq aktyorluq sənəti kurslarına gedib. Şəxsi həyatına gəlincə 2011-2013-cü illərdə aktrisa Yasemin Allen ilə görüşüb. Onları eşq macərası “Həyat davam edir” serialının çəkilişlərində başlayıb. Şayələrə görə cütlük Onurun xəyanəti ucbatından yollarını ayırıb. Yasemin ayrılandan sonra dostlarına bunu belə şərh edib: “Eh, mən Cülyetta idim, amma sən demə o heç Romeo deyilmiş!”. 2013-cü ildə gənc model Nil Ateşlə görüşməyə başlayıb. Onların münasibətləri yarım il davam edib. 2015-ci ildə Onur Tuna aktrisa Seda Güvənlə görüşməyə başlayıb. Onların bu sevdasının ömrü bir ildən biraz çox çəkib. İddiaya görə bu dəfə də Onur çəkiliş meydanında olan qızlardan biri ilə sevgilisinə xəyanət edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teka.com/actors/2677-biografiya-onur-tuna-onur-tuna-tureckiy-akter.html