Ceren Moray

Ceren Moray

Aktrisa

BİOQRAFİYA

Ceren Moray - türkiyəli tanınmış aktrisadır. 5 iyun 1985-ci ildə Türkiyənin Diyarbəkir şəhərində anadan olub. Cerenin atası dövlət qulluqçusu olub və işi ilə əlaqədar ailə tez-tez yaşayış yerini dəyişib və sonda İstanbula məskunlaşıb. Ceren Moray İstanbulda orta təhsil alıb. Yeniyetmə yaşlarından aktrisalıqla məşğul olub. Peşəkar aktrisa karyerası qurmaq üçün Pera Fine Arts incəsənət məktəbində aktyorluq sənətini öyrənib. 2005-2009-cu illərdə Haliç Universitetində ali təhsil alıb. Debütünü 2003-cü ildə “Son nəfəsdə” mini-serialında gerçəkləşdirib, serialda Simcə rolunu oynayıb. Rejissorların diqqətini cəlb edən aktrisa sonradan müxtəlif seriallara dəvətlər almağa başlayıb. Ən əlamətdar rollarından birini “Bu mənim həyatımdır” serialında (Əfsun rolunda) oynayıb. 2018-ci ildə aktrisa “Həyət” adlı serialda baş rola çəkilib. Şəxsi həyatına gəlincə, evlidir. Verdiyi müsahibələrdə vegeterian olduğunu gizlətmir. Layihələrin birində kəskin arıqladığından sonradan formasını bərpa etmək üçün həkimə müraciət etməli olub.


Ətraflı məlumat üçüün aşağıdakı linkə basın:
http://glosslife.ru/turetskiy-kinematograf/turetskie-aktrisy/dzheren-moray-biografiya-lichnaya-zhizn-filmografiya

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç