Engin Akyürek

Engin Akyürek

Aktyor

BİOQRAFİYA

Engin Akyürek – populyar və tələb olunan türkiyəli aktyordur. 12 oktyabr 1981-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Daha çox “Çirkli pullar, yalan sevgi” serialında  oynadığ rolu ilə məşhurdur. Engin bir sıra kinomükafatların laureatıdır. “Taleh”  filmində oynadığı rol ona “Parlaq gələcəyi olan aktyor” nominasiyasında yerli kino mükafatını qazandırıb. O eyni zamanda bir neçə nəşr tərəfindən ayrı-ayır vaxtlarda Türkiyənin ən cazibədar kişi aktyorlarından biri kimi qələmə verilib. Enginin uşaqlığı Ankarada keçib. Atası dövlət qulluqçusu, anası evdar xanım olub. Enginin özündən bir neçə kiçik qardaşı var. Məktəb illərində fərqli-fərqli hobbiləri və maraqları olub. Bir müddət idmanla məşğul olub, sonra musiqiylə məşğul olub, sosial dərnəklərdə iştirak edib. Futbol oynayıb, gitara və fortepianoda ifanı öyrənib. Vəkil olmağı arzulayıb. Orta məktəbi bitirdikdən sonra Ankara dövlət universitetinə daxil olub, orada eyni vaxda iki ixtisas – tarix və filologiya üzrə ali təhsil alıb. Hərçənd iş elə gətirib ki, heç bir sahənin ipinin ucundan yapışmayıb. Belə ki, dram studiyasının aktyorluq kurslarına yazılıb və çox keçmədən müxtəlif həvəskar tamaşalarda səhnəyə çıxmağa başlayıb. İxtisaslarını praktikada tətbiq etməsə də, aktyor ali təhsilinin onun intelekt səviyyəsini artırdığını və dünya görüşünün, erudisiyasının genişlənməsinə böyük töhvə verdiyini gizlətmir. Məzun olduqdan sonra “Türkiyə ulduzları” adlı populyar istedad şousunda iştirak edir və “aktyorluq sənət” kateqoriyasının qalibi olub. Beləcə o kinorejissorların diqqətini çəkir və tezliklər karyerasının təməlini qoyan seriallardan birinə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://24smi.org/celebrity/2411-engin-akyurek.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç