Nazan Kesal

Nazan Kesal

Aktrisa

BİOQRAFİYA

Nazan Kesal – türkiyəli aktrisadır. 1969-cu ildə Manisa şəhərində anadan olub. Doğma şəhərində məktəbdə oxuyub, daha sonra kommersiya litseyinə daxil olub. Gələcəy aktrisa Dokuz Eylül Universitetində ali təhsil alıb. Təhsil müəssisəsinin aktyorluq fakültəsini 1991-ci ildə bitirib. Sonradan təhsilini Beykent Universitetində artırıb və “kino və televiziya işi” ixtisası üzrə magistr dərəcəsi əldə edib. Məzun olduqdan sonra İstanbula köçüb və ekranlarda debütünü edib. Karyerasının əvvəlində müxtəlif reklam çarxlarına çəkilib. Sonradan televiziya seriallarında kiçik rollara dəvət olunub. 1996-cı ildə Diyarbəkir Dövlət Teatrının rejissoru təyin olunub və orada 2004-cü ilə qədər xidmət göstərib. Həmin il Bursa Dövlət Teatrına rəssam vəzifəsinə işə düzəlib. Böyük ekranlardan ilk əlamətdar rollarından birini rejissor Nuri Bilge Ceylanın “Uzak” (2002) adlı dramında oynayıb. Ardınca “İlin fəsilləri” dramında və “Eşq və Cəza” serialında rol alıb. 2015-ci ildə Nazan “Vəhşi bal” dramında Selma rolunda çıxış edib. Serialda baş rolları Çağatay Ulusoy və Leyla Lidiya Tuqutlu bölüşüb. 2016-cı ildə Mery Baykalın çəkdiyi “Mənim qardaşım” komedik dramında aparıcı rollardan birini oynayıb. Şəxsi həyatına gəlincə 2005-ci ildə aktyor Ercan Kesalla ailə qurub və onun soyadını götürüb. Bir ildə sonra onların övladı dünyaya gəlib. Oğlan uşağına Poyraz adını qoyublar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/nazan_kesal/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç