Den Krikşenk

Den Krikşenk

Ssenarist

BİOQRAFİYA

Den Krikşenk – britaniyalı tarixçi, BBC telekanalının aparıcısıdır. Xüsusilə memarlıq tarixi ilə maraqlanır. İncəsənət, dizayn və memarlıq üzrə bakalavr dərəcəsi var. Şeffild Universitetinin Memarlıq bölməsinin dəvət olunan professorudur. Həmçinin Delaver Universitetinin London fakültəsinin üzvüdür. Britaniya Rəssamları Kral İnstitutunun fəxri üzvüdür. 26 avqust 1949-cu ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Marenka Qabeler ilə evlidir. İsabel Krikşenk adlı qızı var. Daha çox BBC-nin “Den Kruinkşankla Dünyanın 80 Möcüzəsi” sənədli serialı üzərində gördüyü işə görə tanınır. BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanıb. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülüb. Tədqiqatçının memarlığa olan sevgisi filmdə özünü açıq göstərir. Seçilmiş xəzinələrin bir çoxu memarlıq və tarixi abidələrdir. UKTV serialı bir neçə dəfə təkrar efirə verib. Lakin kommersiya standartlarına uyğun olaraq (arada reklamların yerləşdirilməsi üçün) bir saat müddətinə sığması üçün seriyalar montaj edilərək davam etmə müddəti 46 dəqiqəyə qədər azaldılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dan_Cruickshank

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç