Terri Cons

Terri Cons

Aktyor, ssenarist, rejissor, bəstəkar

BİOQRAFİYA

Terens Qrem Perri “Terri” Cons (ing. Terence Graham Parry Jones) – britaniyalı aktyor, kinorejissor, ssenarist və bəstəkardır. Uşaq ədəbiyyatı yazıçısı və populyar tarixçidir. “Monti Payton” komediya qrupunun üzvüdür. 1 fevral 1942-ci ildə Uelsin Kolvin Bey əyalətində bank işçisi və evdarxanımın ailəsində dünyaya göz açıb. Oksfordun Müqəddəs Edmund kollecində oxuyub. 1965-ci ildə dostu Maykl Palinlə birlikdə “The Love Show” adlı şounu yaradıb. Daha sonra başqa teleşouların o cümlədən “The Kathy Kirby Show”, “Late Night Line-Up”, “Complete and Utter History of Britain” verlişlərinin ssenari müəllifi olub. 1970-ci ildə Elison Telferlə ailə qurub. Bu nikahdan iki övladı – Salli adlı (1974) qızı və Bill adlı (1976) oğlu var. Həyat yoldaşı 2003-cü ildə tələbəsi Anna Soderstromla (özündən 41 yaş kiçik olan) gizli eşq macərası yaşamasından xəbər tutandan sonra ondan ayrılıb. 21 oktyabr 2006-cı ildə Daily Mirror nəşrinin yazdığına görə, Consda xaya xərçəngi aşkarlanıb. Bir neçə gündən sonra həmin nəşr şişin kənarlaşdırılması üzrə əməliyyatın uğurla keçdiyini bildirib. 2009-cu ilin baharında yerli KİV Terrinin tələbə sevgilisi olan Annanın hamilə qaldığı və Consun üçüncü dəfə ata olacağı xəbərini yayıb. Cütlük 2012-ci ildə ailə qurub. 2009-cu ildə onların Siri adlı qızları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81,_%D0%A2%D0%B5%D1%80%D1%80%D0%B8_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç