Valentin Çernıx

Valentin Çernıx

Ssenarist

BİOQRAFİYA

Valentin Konstantinoviç Çörnıx 12 mart 1935-ci ildə Pskovda anadan olub. Sovet kinossenaristi, dramaturq, prodüser və rejissordur. 1980-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutun laureatı olub. Çörnıxın ssenarisi əsasında çəkilmiş “Moskva göz yaşlarına inanmır” (1979) filmi ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatını alıb. Valentin Çörnıx 12 mart 1935-ci ildə Pskov şəhərində anadan olub. Fabrika-Zavod (FZU) orta məktəbini bitirib, gəmiqayırma zavodunda yığıcı işləyib. Daha sonra müxtəlif qəzetlərdə ədəbi əməkdaş olub. 1967-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenaristlik fakültəsini bitirib. Kinoda debütünü 1972-ci ildə “Öz yerində olan adam” filminə yazdığı ssenari ilə gerçəkləşdirib. 1981-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun pedaqoqudur, ssenaristlik emalatxanasının rəhbəridir. 1987-ci ildə “Mosfilm” kinostudiyasında E.Y.Volodarski və V.S.Fridlə birlikdə “Mosfilm” studiyasında “Söz” birliyini yaradıb və onun prezidenti olub. 1981-ci ildən SSRİ kinematoqrafiya ittifaqının rəyasət heyətinin katibidir. 6 avqust 2012-ci ildə yetmiş səkkiz yaşında Moskva şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B5%D1%80%D0%BD%D1%8B%D1%85,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç